1 İyul 10:54
6 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astroloqlar iyul ayı üçün bürclərin proqnozunu təqdim edir:

Yeni ay bürclər üçün nələr vəd edir?

Qoç – İyulda büdcəyə ciddi nəzarət etmək lazım gələcək. Çünki maliyyə vəsaitləri itirmək ehtimalınız var. Sağlamlığınız qaydasında olacaq. Hisslərinizi cilovlamağa çalışın. Emosiyasız, soyuqqanlı qərarlar vermək yaxşıdır. Sağlamlıq üçün də yaxşı aydır. Emosional məsələlərdə inadkar tərəfiniz sizi gərginləşdirə bilər. Hər şeyə baxmayaraq, gözəl bir aydır.

Buğa – İşgüzar dostluqlar, qrup işi kimi fəaliyyətlərlə məşğul olacaq, şəxsi məmnuniyyətinizə uyğun işləyəcəksiniz. Hadisələrlə zəngin bir ay yaşayacaqsınız. Amma bu o demək deyil ki, özünüzə qapılmalısınız, cəmiyyətdən tamamilə təcrid olunmalısınız. Əksinə hadisələri öz maraqlarınıza uyğun şəkildə yönləndirə bilərsiniz. İndi əsl dostları müəyyənləşdirmək vaxtıdır. Unutmaq olmaz ki, həyat gözəldir.

Əkizlər – Fiziki enerjinizin güclü olduğu bir dövrdür. Yanlış münasibətlər qurmaq istəmirsinizsə, doğru zamanı və insanları seçməlisiniz. Vaxtınızı itirəcək əlaqələrdən qaçmalısınız. Ola bilər ki, iyulda ürəyiniz istəmədiyi addımı atmağa məcbur qalacaqsınız. Amma qətiyyən ruhdan düşməyə dəyməz. Əsas odur ki, yaxınlarınız sizi dəstəkləməyə davam edəcəklər. İş çətin görünə bilər. Lakin yaxşı gələcəyin əsasının məhz belə qoyulması mümkündür. Ümumi işlər bəzən sizə etibarlı dostlar da qazandıra bilər.

Xərçəng – Bu ay sosial həyatınızın maraqlı hadisələrə şahidlik edəcəyini və bu hərəkətdə önəmli və maraqlı insanlarla bir yerdə olacağını görəcəksiniz. Bu qrup fəaliyyətləri çərçivəsində eyni fikirdə olduğunuz və eyni məqsədlər ətrafında birləşdiyiniz insanlarla birləşəcəksiniz. Gələcək üçün dostluqların təməlini qoya bilərsiniz. Stereotiplərdən yaxa qurtarmağın vaxtı çatıb. Məsələn, saç düzümünüzü dəyişə bilərsiniz. Problemləri həll edəndə gücə yol verməyin. Hər kəsə qarşı uyğun davranış tərzi tapmağı bacarırsınız. Maliyyə vəziyyətiniz qaydasında olacaq. Böyük qazanc vəd olunmasa da, maliyyə itkiləri də proqnoz edilmir.

Şir – Bu ay daha çevik olmalı, yarımçıq işlərinizi tamamlamalı, yeni imkanlar yaratmaq əvəzinə köhnələrdən ağıllı istifadə etməlisiniz. Həyat haqda ciddi düşünməyin zamanı çatıb. Taleyin hər şansını düzgün qiymətləndirmək vacibdir. İstəsəniz, iyul ayında həyatınızı kökündən dəyişə bilərsiniz. Bunun üçün sadəcə, diqqətli olmaq və fürsətləri vaxtında yaxalamaq lazımdır. Sağlamlığınızda kiçik problemlər ola bilər, amma bu, faciə deyil. Ümumilikdə narahatlığa əsas yoxdur.

Qız – Özünüzlə bağlı məsələlərdə susmağa və ətrafınıza tənqidi yanaşmağa üstünlük verməlisiniz. Peşəkar məsələlərdə emosional məmnuniyyət əldə etmək üçün lazımi işləri sonraya təxirə salmalısınız. Sabit fikirlərdən uzaqlaşdığınız zaman özünüzü daha yaxşı hiss edirsiniz. Siz də bilirsiniz ki, inadkar təbiətiniz özünüzə zərər verir. Zəhmətsevərlik sizi irəli aparacaq. Əzmkar və qətiyyətlisiniz. Sağlamlıqla bağlı yalnız irəliləyiş qeydə alınacaq. Yaxınlarınızı heç unutmaq olmaz. Bu ay onların sizin köməyinizə ehtiyacı ola bilər. Etdiyiniz yaxşılıqlar itib-batmayacaq. Zamanı gələndə artıqlaması ilə əvəzi ödəniləcək.

Tərəzi – Bu ay iddialı münasibətinizlə seçilmək və cəmiyyətdə diqqətəlayiq işlər görmək istəyirsiniz. Eqounuzu təmin etmək üçün fürsətlərdən ağıllı şəkildə istifadə etməlisiniz. Hadisələrə idarəçi münasibətlə yanaşırsınız. Yaxşı niyyətli dostlarınızın təkliflərinə yox deməzdən əvvəl düşünməlisiniz. Maliyyə məsələlərində gözlədiyiniz fürsətləri dəyərləndirmək və iş imkanlarınızı genişləndirmək üçün əlverişli dövrdəsiniz. Bu ay hisslərinizə nəzarət etmək çətin ola bilər. Amma soyuqqanlı olmaq da sizin ixtiyarınızdadır. Dayanıb nəfəs dərmək lazımdır. Hərdən susmaq faydalı olur. Heç kimlə münaqişə cəbhəsi açmaq gərək deyil. İtkilərin az olmasına çalışmaq ən doğrusudur.

Əqrəb – Əqrəbləri iyulun xoşbəxti adlandırmaq olar. Nəyahət, qara buludlar dağılacaq, günəş şəfəqlərini üzərinizə salmağa başlayacaq. Neqativ bir şey gözləməyə dəyməz. Ulduzlar ay boyunca xidmətinizdə dayanıb sizə dəstək olacaqlar. Yay istirahətindən heç çəkinməyin, sizi gün vurmayacaq. Uşaqlarla vaxt keçirmək də yerinə düşəcək. Eşq həyatınız çox maraqlı inkişaflara şahidlik edəcək. Sevgiliniz sizin yanınızda olub sizi sevindirəcək, xüsusilə maliyyə məsələlərində sizə kömək edəcək. Söhbət edəcəyiniz və paylaşımlarınızı paylaşacağınız insanların əhəmiyyətli və dəstəkləyici davranışlarından məmnun qalacaqsınız. Bu ay aranızda dava düşməsini istəmirsinizsə, sevgilinizlə tək qalmaqdansa, birlikdə ictimai fəaliyyətlərdə iştirak etməyi təklif etməlisiniz.

Oxatan – Planlarınızı həyata keçirərkən nəzakətli, incə, zərif, lakin israrlı davranacaqsınız. Enerjiniz sizi ətrafınıza təsir etmək üçün hücuma keçir. Diqqətini çəkəcəyiniz mövzular üzərində uğurla işləyəcəksiniz. Ətrafınızdakılar sizi sevəcək və hörmət edəcəklər. Bu sizin üçün yaxşı bir üstünlük olacaq. Girəcəyiniz cəmiyyətlərdə köhnə münasibətlərinizlə yenidən qarşılaşmaq və bu insanların təsiri altına düşmək sizə təkan verəcək. Ancaq yenə də diqqətli olmalısınız. Mübahisələrin və incidən söhbətlərin baş verə biləcəyi mühitlərdən uzaq durmalısınız. Sizi ay ərzində dostyana və pozitiv münasibətlər gözləyir. Qohumlarla çox yaxşı dil tapacaqsınız. Səhhətiniz sizi çətinə salmayacaq. Gələcəyə nikbin baxmaq lazımdır. Nikbinliyiniz sizi münaqişələrdən də qoruyacaq. Daxili dincliyiniz gələcək üçün yaxşı planlar qurmağa imkan verəcək.

Oğlaq – Bu ay məsuliyyət duyğunuz artacaq və sizi daha da fərqləndirəcək işlər görəcəksiniz. Eşq həyatınız bu ay çox rəngli və fərqli olacaq. Siz və tərəfdaşınızın razılaşa bilmədiyi bir çox məsələlərə dözümlü olmalısınız. Onun əvvəllər diqqətinizi çəkən bəzi hərəkətlərinə siz yetkin şəkildə cavab verməlisiniz. Münasibətlərinizdə çox ayıq və ehtiyatlı davranmaq faydalı olacaq. Əvvəllər sizi aldatmış adamlara yenidən şans verməyin. Belə adamlardan uzaq dayanın. Tələsik qərarlar vermək doğru deyil. Bir az səbrli olmaq gərəkdir. Problemləri böyütməyin. Əks halda bədbinliyə qapıla bilərsiniz. Xərclərinizə nəzarət edin – yersiz bədxərclik riski var.

Dolça – İyulda bir az xəsislik edəcəksiniz. Bunun yaxşı tərəfi odur ki, xərclərinizə nəzarət etməyi öyrənə bilərsiniz. Amma həyatınızda müəyyən qarışıqlıq yarana bilər. Bununla belə, siz cəsarətinizdən qalmayın. Problemlərin qarşısından qaçmaq yox, onların üzərinə yerimək lazımdır. Ayın ilk günlərində hisslərinizi bölüşməyi sevməyəcəksiniz. Ümumiyyətlə, şəxsiyyətinizlə bağlı şüuraltı düşüncələriniz ön planda olacaq. Münasibətlərinizdə sakit və dərin getməyə üstünlük verirsiniz. Bu dövrdə hadisələri təhlil etməyi dayandırmalısınız. Planlarınızda qaçırdığınız bir çox məqamları gündəmə gətirməli və xırda detalları bir daha nəzərdən keçirməlisiniz.

Balıq – Canlı və dinamik həyat tempinizdə kiçik sevgilər ön plana çıxa bilər. Əvvəlcə sizə cəlbedici görünən təklif sonradan arzuolunmaz nəticələrə səbəb ola bilər. Neptunun sizi aldatmasına imkan verməyin. Saturn geriyə doğru gedir. Planetlər bir-birindən keçir. Ailənizlə ziddiyyət təşkil edən düşüncələriniz ucbatından özünüzü ifadə etməkdə çətinlik çəkəcəksiniz. Dəyişikliklər zamanıdır. Səhhətinizə fikir verin. Maliyyə vəziyyətiniz sabit olacaq. Gəlirlərin artması gözlənilməsə də, iş haqqında düşünməyə zaman yaranacaq. Əsas odur, dəyişikliklərdən qorxmayasınız.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər