4 İyul 12:27
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 39 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 8 nəfər təxliyə olunub, bir nəfərin meyiti bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.


Müəllif: Teleqraf.com