8 İyul 12:34
325
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmza sosial inkişafa dəstək ictimai birliyinin təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfrans keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli konfransın əhəmiyyətindən danışıb.

O bildirib ki, son 200 ildə əzəli-tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı saysız-hesabsız deportasiya soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilib:

"Xüsusilə bu etnik təmizləmə XX əsrdə soyqırımı və deportasiya ilə müşahidə edilib. Yalnız soydaşlarımız soyqırımına məruz qalmayıb, eyni zamanda mədəni dəyərlərimiz soyqırımına məruz qalıb. Ermənilər bu əraziyə köçürüldükdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti və bununla da Qərbi Azərbaycanda yaşadıqlarını sübut etmək siyasəti həyata keçiriblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə ermənilişədirə bilmədiklərinə görə dağıdıblar".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər