10 İyul 13:17
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 11-də Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər