16 İyul 09:58
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Tağı Arani küçəsində azyaşlının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş xilasetmə tədbirləri nəticəsində ayağı yaşayış binasının divarı ilə metal boru arasında sıxılıb qalan 2015-ci il təvəllüdlü azyaşlı xilas edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər