17 İyul 16:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İctimai İştirakçılığın Dəstəklənməsi" İctimai Birliyi Şimal bölgəsində “Korrupsiyaya qarşı mübarizədə ictimai şuraların potensialı” layihəsini davam etdirir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirlən layihə çərçivəsində növbəti tədbir Siyəzən rayonundakı Gənclər evində baş tutub.

Siyəzən rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Aqil Abdulov layihənin məqsədləri ilə bağlı qısa məlumat verdi.

Layihənin eksperti Şaban Nəsirov “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını xatırlatdı. Milli Fəaliyyət Planında dövlət qurumları ilə yanaşı vətəndaş cəmiyyətlərinə də geniş yer ayrıldığını vurğuladı.

Ekspert bildirdi ki, ictimai şuralar Plandan istifadə etməklə korrupsiyaya qarşı effektli mübarizə apara bilər. Həmçinin Prezident tərəfindən 22 Noyabr 2013-cü ildə imzalanan “İctimai iştirakçılıq haqqında” qanunun korrupsiyaya qarşı mübarizədə effektli yollar açdığını iştirakçıların nəzərinə çatdırdı. Belə ki, bu Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Ekspert daha sonra “İctimai iştirakçılıq haqqında” qanunu özündə nələri ehtiva etdiyi barədə iştirakçılara detallı məlumat verdi. Bildirdi ki, ictimai iştirakçılığın məqsədlərinin vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, bu orqanlarla ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, onların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasıdır. Eləcə də qanunda dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınması öz əksini tapır. Daha sonra tədbir sorğu-sual əsasında davam etdi. Çay-kofe süfrəsi arxasında iştirakçılar onları maraqlandıran sualları verib ekspertdən ətraflı məlumat aldılar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər