23 İyul 13:00
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, xalq artisti Ağadadaş Ağayev tanışına balta ilə xəsarət yetirib. Məsələ ilə əlaqədar DİN-dən verilən məlumata görə, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

İddialara görə isə xalq artisti Ağadadaş Ağayev ilə “Medera” hospitalın gözətçisinə arasında mübahibə yaranıb. Xalq artisti bir neçə gün əvvəl qulağından əməliyyat olunub, uzun zamandır onkoloji xəstəlikdən əziyyət çəkən sənətçinin halı pisləşdiyi üçün evinin yaxınlığındakı “Medera” hospitaldan yardım istəyib, eyvandan gözətçiyə səslənərək təcili həkim yardımına ehtiyacının olduğunu söyləyib.

Mühafizəçi isə ona kobud reaksiya verərək "get özün çağır" deyə söyləyib, onu klinikaya dəvət edib. Yayılan iddialara görə, gözətçi Ağadadaş Ağayevə qarşı şiddət göstərib, ətrafdakı insanlar güclə onun əlindən alıb. Ağadadaş Ağayev isə evə girərək balta götürüb, əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimə N.Paşayevanın ayağına dəyib.

Teleqraf.com “Medera” hospitalın mövqeyini öyrənmək üçün əlaqə saxlayıb.

Klinikadan bildirilib ki, heç kimin məlumat verə bilməz və dəstək asılıb.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər