Bəzi bürclər anadangəlmə xüsusiyyətləri nəticəsində öz sahələrində liderliyə yüksəlirlər. Xüsusilə iş dünyasında ən yaradıcı və həll yolu tapan idarəçilər məhz bu bürc mənsublarından gəlir. İnsanlar onların sözlərinə qulaq asır və fikirlərini ciddiyə alırlar. Onlar liderlik keyfiyyətləri sayəsində hər zaman ön sırada olurlar.
Teleqraf.com astroloji proqnoza görə həmin bürcləri təqdim edir.
Şir - Şir bürcləri öz xüsusiyyətləri sayəsində hər kəsi asanlıqla istiqamətləndirə bilirlər. İşi adamlar arasında bərabər bölüşdürür, problemin həllini təmin etmək üçün çox yaxşı planlaşdırma aparırlar. Şirlər ciddi davranış və sərt rəftarları ilə hakimiyyətlərini mühafizə edirlər. Bununla belə, iş yolunda getməyəndə çox tez qəzəblənirlər.
Dolça - Dolçalar başqalarından fərqli olan praktik zəkaları və ideyaları sayəsində daim uğura can atırlar. İnsanların çoxunun saatlarla sərf etdiyi işləri qısa müddətdə tamamlayırlar. İş həyatında ən yaxşısı olmağa çalışırlar. Başqalarına yol göstərirlər. Dolçalar məqsədlərinə çatmaq üçün hər cür cəhdlər edirlər.
Əkizlər - Əkizlər bürcü işə başlamazdan əvvəl dərhal plan qurur. Öz ideyalarını üzərində işlədikləri layihə ilə birləşdirən Əkizlər bütün qaydalara əməl edərək hərəkət edirlər. Bəzən sərt və kobud davranışlar nümayiş etdirsələr də, ən təsirli idarəçilər Əkizlər bürcündəndir. Onların iş potensialı çox yüksəkdir, dayanmadan işləyə bilirlər. Çox enerjili olduqları üçün ətrafdakı hər kəsi işləməyə təşviq edirlər. Bu davranışlarına görə yaxşı komanda lideri ola bilərlər.