Mütəxəssislər yuxunun keyfiyyəti ilə yanaşı yuxu gigiyenasının da vacibliyinə diqqət çəkərək, çirkli yastıqda çoxlu sayda bakteriya ola biləcəyini izah ediblər.
Teleqraf.com xəbər verir ki, xüsusilə, tərləmənin tez-tez baş verdiyi yay aylarında təhlükə daha yüksəkdir.
Ekspertlər həyatımıza daxil olan koronavirusla birlikdə cəmiyyət olaraq daha həssas və şüurlu olduğumuzu, lakin bəzi mövzularda hələ də kifayət qədər məlumatlı olmadığımızı bildirirlər. Güvənli yer olaraq bildiyimiz evlərinizi istədiyiniz qədər təmizləsəniz belə, evinizdəki bəzi əşyaları dəyişdirməsəniz və istifadə etməyə davam etsəniz, bu təhlükələrdən birincisi sizinlə birlikdə yaşamağa başlayacaq. Yastığımız da ətraf mühitin çirklənməsi üçün zəmin yaradır. Bakteriyaların miqdarı yastıq üzünüzü yenisi ilə əvəz edib-etmədiyinizdən və onu hansı tezlikdə havalandırdığınızdan asılı olaraq dəyişə bilər. Xüsusilə, isti bölgələrdə yastıq gigiyenasına maksimum diqqət yetirilməlidir.
Diş fırçaları da yastıqlar kimi, bakteriyalara, göbələklərə və mikroblara qarşı həssasdır. Əsasən, yay mövsümündə şəxsi məhsulların gigiyenasına çox diqqət yetirmək lazımdır.
İradə Tağızadə