İyulun 31-i saat 09:00-dan etibarən Bakı şəhərinin Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a bildirilib ki, görülən işlər zamanı yol bağlanmayacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri görüləcək ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.