Tərkibindəki vitamin və minerallar sayəsində xolesterini azaltmağa, qan şəkərini tənzimləməyə, qəbizlik və menopoz əlamətlərini aradan qaldırmağa kömək edən qara tut ekstraktının faydaları saysız-hesabsızdır. Bu zərif meyvəni təzə-təzə yemək məsləhətdir, eyni zamanda mürəbbə, marmelad, dondurma, şirə kimi də münyunuza daxil edilə bilər.
Teleqraf.com xəbər verir ki, qara tutdan hazırlanan şərbət təbii və sağlam şəfa mənbəyidir. Qara tut şərbəti müntəzəm istifadə edildikdə bir çox xəstəliklərdən qorunmağa kömək edir. Onun ən təsirli faydalarına qan şəkərini tənzimləməsi daxildir.Qara tut 2-ci tip diabet xəstələri üçün dərmanlara bənzər təsir göstərərək qan şəkərini nəzarət altında saxlayır.
Qara tut tərkibindəki antosiyaninlər sayəsində xərçəngə qarşı qoruyucu təsirə malikdir və xüsusilə kolon, dəri, prostat xərçəngi və tiroid xəstəliklərinə qarşı təsirlidir.
Tərkibində qida lifləri olan qara tut həzmi asanlaşdırır, qəbizlik, şişkinlik və mədə krampları kimi şikayətləri aradan qaldırır.
O, antioksidantlarla zəngin olduğu üçün damarları genişlənməsini dəstəkləyir və qan dövranını tənzimləyir.
Qara tutun tərkibindəki yüksək C vitamini immuniteti, K vitamini, kalsium, dəmir sümük toxumasını gücləndirir, sümük xəstəliklərinin qarşısını alır, maqnezium beyin sağlamlığını qoruyur və alzheimer riskini azaldır.
Bakterisid xüsusiyyətləri sayəsində soyuqluğun qarşısını alır, qaraciyərin sağlamlığını gücləndirir və tərkibindəki dəmirlə toksinləri çıxarmağa kömək edir.
Tərkibindəki antosiyanin iltihabı aradan qaldırır və dərmanlara alternativ olaraq istifadə edilə bilər.
Qara tut allergiyaya səbəb ola bilər, ona görə də allergik reaksiya riski olan insanlar diqqətli olmalıdırlar. İshal riski olduğu üçün onu orta səviyyədə yemək tövsiyə olunur.
Xroniki xəstəlikləri olan şəxslər həkimləri ilə əlaqə saxlayıb məlumat almalıdırlar.
Mələksəda Zeynallı