9 Avqust 13:56
251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, 36 saylı Xətai-Suraxanı Seçki Dairəsindən deputatlığa namizəd Qüdrət Həsənquliyev seçki kampaniyası çərçivəsində seçicilərlə ilk görüşünü keçirib.

ƏHD Partiyası mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş Xətai rayonu, Gəncə Prospketi 99 ünvanında yerləşən Mirzə Ələkbər Sabir adına kitabxananın akt zalında baş tutub.

Görüşdə seçki platforması barədə məlumat verən Qüdrət Həsənquliyev ölkədə iqtisadi, hüquqi və digər sahələrdə islahatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb, eyni zamanda işsizlik və seçiciləri narahat edən problemlərin həll yolları barədə danışıb.

Daha sonra ƏHD Partiyasının sədri görüşdə iştirak edən seçicilərin suallarını cavablandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər