14 Avqust 09:34
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur klinik psixoloq və ailə məsləhətçisi doktor Con Qottman həyat yoldaşı ilə birlikdə evlilik və boşanma mövzusunda araşdırmalar aparıb. Onun “Jurnal of Family Psychology”də dərc olunan bir araşdırmasına görə hansı cütlüklərin sonda boşanacağını 94 faiz dəqiqliklə təxmin edə biliblər.

Teleqraf.com xəbər verir ki, psixoloq partnyorunuzun sizə uyğun olmadığını necə başa düşməyinizi izah edir.

Evlənmədən əvvəl partnyorunuz haqqında bunları bilməlisiniz:

Tənqid - Psixoloqa görə tənqid münasibətlərdəki problemlərin əsasında dayanır. Müəyyən bir səhv haqqında sadə şikayət və ya iraddan fərqli olaraq, tənqid insanın xarakterinə birbaşa hücumdur. Buna görə də, bu davranış çox zərərli ola bilər. Daim təndiq etmək həmin insanda zamanla nifrəti və bezmişlik hissini artırır. Bu cür sözlər sevgilinizi rədd edilmiş, təhqir olunmuş hiss etməsinə və qəzəblənməsinə səbəb ola bilər. Nəticədə onlar yollarını ayırırlar.

Sizi başqaları ilə müqayisə etməsi - Kişi və ya qadınlar münasibətlərində qarşı rərəfi ya valideynləri, ya da həyatlarında olan keçmiş şəxslərlə müqayisə edirlər. Daim müqayisə olunmaq həmin insanın öz şəxs kimliyini heçə saymaqdır. Bu da nəticədə boşanmaya səbəb olacaq. Çünki daim hərəkətlərin, görünüşün, xarakterin kimləsə müqayisə edilməsi insanı psixoloji olaraq uzaqlaşmağa sövq edir.

Başqalarının təsirinə məruz qalmaq - Belə insanların evlilikləri sanki iki nəfər arasında yox, 4-5 nəfər arasında yaşanır. Onlar təsirə tez məruz qalırlar. Ancaq evlilik yanlız iki nəfərin ortaq düşüncələri ilə idarə olunmalıdır. Əks halda boşanma qaçılmazdır.

Evlənməzdən əvvəl qarşınızdakı insanın başqalarının fikri ilə hərəkət edib-etməməsinə diqqət edin.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər