12 Sentyabr 22:37
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vətən müharibəsi şəhidləri ilə bağlı məqalələr vikipediyadan silinib”.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə texnobloqer, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas çıxış edib.

O, Feysbukda üç min şəhidlə bağlı məlumatların vikipediyadan tamamilə silindiyini yazıb:

“Aralarında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var. Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən təmamilə silindi. Onlar buna səbəb kimi, şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu, birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, vikipediyadan silinir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər