Xəbər verdiyimiz kimi, əsgər Nurbala Asif oğlu Bağırov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Teleqraf.com Unikal-a istinadən xəbər verir ki, 2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.
O, cari ilin iyul axında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.
Hərbçimiz bu gün doğulduğu kənddə dəfn olunub.