13:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Alabama ştatının Birminhem şəhərində baş verən atışma nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “AL” portalı məlumat yayıb.

Birminhemin polis zabiti Truman Fitsgerald bildirib ki, hadisə yerində onlarla yaralı aşkarlanıb.

Onun sözlərinə görə, üç nəfər atışmanın baş verdiyi yerdə, bir nəfər xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər