24 Sentyabr 12:12
13 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni tədris ilinin başlaması ilə orta məktəblərin təhsil sistemi gündəmə gəlib. Hesab edirlir ki, təhsil sistemində dəyişikliklər edilməsi zərurəti yaranıb.

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, kurikulum yenidən nəzərdən keçirilməlidir:

“Kurikulumlar müasir tələblərə uyğun olaraq yenilənməlidir. Xüsusilə texnologiya, rəqəmsal bacarıqlar və tənqidi düşüncə kimi sahələrə daha çox diqqət verilməlidir. Müəllimlər üçün davamlı peşəkar inkişaf proqramları təşkil edilməli, onların yeni pedaqoji metod və texnologiyalardan xəbərdar olmaları təmin edilməlidir.

Hər bir şagirdin fərdi maraqları, qabiliyyətləri və inkişaf sürəti nəzərə alınaraq təhsil fərdiləşdirilməlidir. Bu, həm istedadlı şagirdlərə, həm də çətinlik çəkənlərə daha uyğun təhsil imkanları yarada bilər. Rəqəmsal platformalar, onlayn mənbələr və digər texnologiyalar vasitəsilə tədris resursları daha geniş şəkildə tətbiq edilməli və interaktiv təhsil imkanları artırılmalıdır”.

Ekspert vurğulayır ki, orta ümumtəhsilin son illərində şagirdlərə müxtəlif peşə sahələri haqqında məlumat vermək və onları praktiki təcrübə ilə təmin etmək onların daha yaxşı karyera seçimləriinə kömək edər:

“Məktəbəqədər təhsil erkən yaşda təməlin qoyulması baxımından vacibdir. Dövlət və özəl bağçaların keyfiyyətinin artırılması gələcək uğurlar üçün həlledici ola bilər. Erkən yaşda əlavə hazırlıq kursları və çox sayda ev tapşırığı şagirdlərə əlavə stress yaradır. Bu yüklənmə balanslaşdırılaraq daha sağlam inkişaf mühiti yaradılmalıdır. Bu istiqamətlərdə dəyişikliklər təhsil sistemini daha səmərəli və müasir dövrün tələblərinə uyğun hala gətirə bilər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər