30 Sentyabr 18:13
229
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda təşkil ediləcək COP29 tədbirinin keçirilmə tarixi yaxınlaşdıqca bir sıra beynəlxalq qurum və media inistitutlarının Azərbaycana qarşı qarayaxma kampaniyası daha genişlənir. Bu qurumların saxta arqumentlərindən biri də guya Azərbaycanın sadəcə ənənəvi enerji mənbələrinə üstünlük verməsi ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, reallıqda isə tendensiya tamamilə fərqlidir:

"Azərbaycan regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhvə verən ölkədir. Yaşıl enerjinin ümumi enerji hasilatında hazırda payı 17.0 faizdir və növbəti 5 ildə bu göstərici 30.0 faizi keçəcək. Yalnız son illər alternativ mənbələrdən enerji hasilatına 1 milyard dollardan çox sərmayə yönəlib. Xarici şirkətlər ilə bu sahədə əməkdaşlıq son illər daha da dərinləşməkdədir. 2027-ci ildən etibarən Azərbaycanın yaşıl enerjisinin Avropaya ixrac edilməsi nəzərdə tutulur. Bu yaşıl dünyanın formalaşmasına ölkəmizin töhvəsidir. Bütün bunlar ilə yanaşı, Azərbaycana qarşı ikili standartlara əsaslanan qarayaxma kampaniyaların davam edəcəyi gözləniləndir. Bu isə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı sistemli mübarizəni daha da prioritetləşdirir".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər