10:05
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı ilə həyata keçirdiyi “Süni intellekt mədəniyyətinin öyrənilməsi” layihəsinin icrasını davam etdirir.

Layihə çərçivəsində növbəti tədbir 2 oktyabr 2024-cü il tarixində Bakının Yasamal rayonunda yerləşən 1 nömrəli Bakı Tibb Kollecində keçirilib.

Tədbiri giriş sözü ilə kollecin rəhbərliyi adından tələbə gənclət təşkilatının sədri Elnur Həsənbəyli açaraq mövzunun əhəmiyyətini vurğulayıb və təşkilatçıları təqdim edib.

Tədbir iştirakçıları öncə torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizi 1 dəqiqəlik sükutla anıb, dövlət himnini səsləndiriblər.

Məruzəçilər professor Rəna Mirzəzadə və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov “Süni intellekt mədəniyyətinin öyrənilməsi” mövzusu ilə bağlı geniş çıxış ediblər. Mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.

Yekunda Elnur Həsənbəyli rəhbərlik adından aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün kollecin rəhbərliyinə təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər