4 Oktyabr 12:57
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzumanov Valeh Cahangir oğluna məxsus “Rigs” hotelinin qida blokunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Teleqraf.com bu barədə AQTA-ya istinadən xəbər verir.

Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, qida blokunda temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması üçün ayrıca sahələrin təşkil edilmədiyi, mətbəxdə tavanın tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, qida blokunda işlərin görülməsi (xidmətlərin göstərilməsi) dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər