Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın və Şuşa rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə həmin rayonlarda əmək yarmarkaları təşkil ediləcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da saat 11:00-da isə Şuşa şəhərindəki "Şuşa" hotelində keçiriləcək.
Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif sahələr üzrə 400-dən çox vakansiya təqdim ediləcək. Onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.