Xəbər verdiyimiz kimi, ötən gün Cəlilabad rayonunda 3.6 bal gücündə zəlzələ qeydə alınıb. Bu gün isə Xəzər dənizidə 3.1 ballıq zəlzələ olub. Bu təkanlar nədən xəbər verir?
Teleqraf.com-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hər iki zəlzələnin yerin daxilində gedən geodinamik proseslə əlaqədar olduğunu deyib:
“Xidmət maqnitudası Rixter cədvəlində 3 baldan yuxarı olan zəlzələlər haqda məlumat yayımlayır. Qorxulu bir şey deyil, həm Xəzər dənizində, həm də Cəlilabadda zələləzlələr yüngül hiss edilib.
Azərbaycan ərazisində hər gün xırda təkanlar olur. Onların içərisində hiss olunanı da ola bilər, hiss olunmayanı da. Ancaq katastrofik gücdə, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Baş verənlərsə qorxulu deyil.
Azərbaycanda elə bir zona yoxdur ki, orda katastrofik zəlzələ gözlənilsin. Yüngül təkanlar isə olmalıdır. Belə təkanlar seysmik bölgə üçün xarakterikdir. Bunlar fon səviyyəsində olan zəlzələlərdir”.