21 Oktyabr 10:20
24 963
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astrologiyaya görə, bəzi bürclər anadangəlmə güclü intuisiyaya sahib olurlar. Bu bürclər ətrafdakı enerjilərdən tez duyuq düşür, insanların niyyətini asanlıqla deşifrə edir və sanki daxili səslə davranırlar. Onlar üçün xarici aləmdəki işarələr qədər daxili səsləri də önəmlidir.

Balıqlar intuisiya deyildikdə ilk ağla gələn bürclərdəndir. Su elementinin idarə etdiyi bu bürclər emosional dərinliyi ilə tanınır. Balıqlar ətrafdakı insanların enerjilərini hiss edir və onları təhlil etmək üçün fitri qabiliyyətlərini işə salırlar. Empatiya bacarıqları çox güclüdür, bu da onları başqalarının hisslərinə qarşı həssas edir. Ətrafdakı emosional dəyişiklikləri dərhal duyir və intuisiyaları ilə hadisələrin gedişatını əvvəlcədən proqnozlaşıdrırlar.

Əqrəb sirli və dərin təbiəti ilə tanınır. Onlar üçün intuisiya həyatlarının bir hissəsidir. Əqrəb bürcü insanları hadisələrin səthi detallarına deyil, görünməyən tərəflərinə diqqət yetirirlər. Bu, onları "emosional detektivə" çevirir. Ətrafdakı insanların əsl niyyətlərini hiss etməkdə mahirdirlər və yalanları dərhal aşkar edə bilirlər. Vəziyyəti təhlil edərkən bu bürc öz zehni gücü və instinktləri ilə hərəkət edərək düzgün nəticəyə gəlir.

Xərçəng bürcləri su qrupundan olduqları üçün təbii intuisiyaya malikdirlər. Onlar ailələrini və yaxınlarını həddindən artıq qoruyur, öz intuisiyaları ilə ətrafdakı təhlükələri əvvəlcədən aşkarlayırlar. Duyğular onlar üçün çox önəmlidir və bu emosional həssaslıq onlara insanları daha yaxşı başa düşməyə imkan verir. Xərçənglər bir mühitin enerjisindəki ən kiçik dəyişikliyi belə anında üzə çıxarır və bu intuisiyadan yaxınlarını qorumaq üçün istifadə edirlər.

Qız bürcü ümumiyyətlə analitik və məntiqi zəka ilə tanınır. Ancaq bu bürcün həm də güclü intuisiyası var. Qızlar müşahidələri sayəsində hadisələri tez təhlil edərkən intuisiyalarından istifadə edirlər. Xüsusilə detallara diqqət yetirmələri onlara problemləri yoluna qoymaqda yardımçı olur. İntuisiyaları ilə hər şeyin arxasındakı niyyəti qavrayır və bu bacarıqları gündəlik həyatlarında tez-tez istifadə edə bilirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər