13:33
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İran elektrik enerjisinin ixracı və regional elektrik enerjisi əlaqələrinin qurulması çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir qeyd edib ki, Çində İranın energetika naziri Abbas Aliabadi ilə enerji əməkdaşlığının gündəliyində birgə layihələrlə bağlı səmərəli görüşü olub: “Xudafərin” və “Qız Qalası” SES, “Ordubad” su elektrik stansiyaları, Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihələrinin icrasından irəli gələn məsələlər müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər