20:04
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna nüvə silahlarını qaytarmağı planlaşdırmır, lakin NATO-ya dəvət almaq istəyir".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, Kiyev bütün səviyyələrdə təhlükəsizlik təminatları məsələsini gündəmə gətirir.

“Ən yaxşısı NATO-dur... Biz nüvə silahının bizə verilməsini və ya geri qaytarılmasını tələb etmirik. Silahları verdik, amma heç nə almadıq”, - Zelenski deyib.

O, bu mövqeyini təkcə namizəd Donald Trampa deyil, Co Bayden və Kamala Harrisə də səsləndirdiyini qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər