15:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.

Teleqraf.com UEFA-ya istinadən xəbər verir ki, bununla bağlı AFFA Avropa futbol qurumuna rəsmi müraciət ünvanlayıb.

Bakı Olimpiya Stadionu ilə yanaşı, İspaniyanın paytaxtı Madrid şəhəri də eyni ildə qitənin ən nüfuzlu klub turnirinə ev sahibliyi etmək üçün namizlədiyini irəli sürüb. Təklif müsbət cavablandırılarsa, həlledici qarşılaşma "Metropolitano" stadionunda reallaşa bilər.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi 2025-ci ildəki finalın Almaniyanın Münhen şəhərində keçiriləcəyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər