01:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox axtarılan narkobaronlarından biri Kolumbiyada həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "El Colombiano" qəzeti məlumat yayıb.

İtalyan mafiyasının yeni “xaç atası” adlandırılan Ermes ləqəbli 58 yaşlı Qustavo Nocella Cənubi Amerikadan Avropaya narkotik vasitələrin daşınması ilə məşğul olub.

İtaliya polisinin narkotiklərlə mübarizə xidmətinin, İnterpolun , Britaniya hakimiyyət orqanlarının və Kolumbiya Milli Polisinin köməyi ilə həyata keçirilən əməliyyatdan sonra mafioz nəhayət Medellindəki lüks mənzilində saxlanılıb.


Müəllif: Arzu

Oxşar xəbərlər