11:14
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyana məktub göndərən ABŞ lideri Co Baydenin məqsədi sülh müqaviləsinin onun vasitəçiliyi ilə imzalanmasıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Suren Sərkisyan deyib.

“Məzmun baxımından Əliyev və Paşinyana ünvanlanan məktublarda qeyri-adi heç nə yoxdur, Amerikanın rəsmi mövqeyi, qəbul edilmiş ifadələr və irəliləməyə təşviqedici sözlər əks olunub. Burada ən vacib şey vaxtdır. Bayden administrasiyasının hakimiyyəti Tramp və ya Harrisə təhvil verməsi üçün 3 ayı qalıb. Əlbəttə, Bayden Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasına verdiyi 4 illik “töhfə”ni məntiqi yekuna çatdırmaq və sülh sazişinin “xaç atası” olmaq istəyir”, - ekspert bildirib.

Sərkisyanın fikrincə, Cənubi Qafqaz Baydendən sonrakı ABŞ prezidenti üçün prioritet olmayacaq:

“Son 30 ildə xarici siyasətdə əvvəlki ABŞ prezidentlərindən daha çox təcrübəyə malik olan Prezident Bayden anlayır ki, bizim region nə Tramp, nə də Harris administrasiyası üçün prioritet olacaq. Digər yandan, o, öz mirasında sülh quruculuğu baxımından uğur hekayəsinə sahib olmağı düşünür, belə bir uğuru bura qədər yoxdur.

Sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda münaqişənin həlli həm də ABŞ-ın xarici maraqları kontekstində mühüm məsələdir. Bu da Bayden administrasiyasını son anadək (yanvar) bu maraqlar uğrunda mübarizə aparmağa məcbur edir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər