12:35
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələri daxilində xaos hökm sürür.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Qeyri-döyüş şəraitində qurbanların sayı günbəgün artır. Ötən həftə daha iki ölümlə bağlı məlumat yayılıb. Hakimiyyət günahlarını etiraf etməsə də, əldə etdiyimiz məlumata görə, daxili müzakirələrdə orduda xaos hökm sürdüyü, ciddi zabit çatışmazlığının olduğu və durumu ən qısa vaxtda dəyişmək lazım olduğu, əks halda bu vəziyyəti düzəltməyin çətin olacağı bildirilib”, - məlumatda deyilir.

Nəşr xatırladır ki, məsələ bugünlərdə hakim komandanın baş nazirin müavini Mqer Qriqoryanın sədrliyi ilə keçirilən toplantısında müzakirə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər