13:51
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın Almaniyadan təzminat tələbindən imtina etmək və Moskva səfiri Sergey Andreyevi ölkədən qovmaq niyyətini şərh edib.

Teleqraf.com xəbər verir ki, o, vaxtilə SSRİ-nin Polşanı faşistlərdən xilas etdiyini xatırladıb.

Zaxarova Polşanın İkinci Dünya Müharibəsi zamanı vurduğu ziyana görə Almaniyadan təzminat tələb etmək fikrində olmadığını deyən bu ölkənin xarici işlər naziri Radoslav Sikorskinin sözlərinə diqqət çəkərək əlavə edib ki, Varşava Rusiya səfirini ölkədən çıxarmağı düşünür.

“Polşada polyak xalqını faşist Almaniyasından azad edən sovet əsgərlərinin abidəsi önünə gül dəstələri qoyarkən yerlilərin hücumuna məruz qalan və üzərinə qırmızı boya atılan həmin Sergey Andreyevi... XXI əsrin birinci rübü başa çatmaq üzrədir. Kişilər qadın oldu, yalana “həqiqət” dedilər”, - Rusiya rəsmisi vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu