10:03
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ “gizli kosmik təyyarə” adlandırılan X-37B robot kosmik gəmisini sınaqdan keçirir. Gələcəkdə Pentaqon kosmosda əməliyyatlar üçün yeni sinif hərbi texnikalar ala bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

Təxminən 9 metr uzunluğunda olan X-37B 2010-cu ildə “Boeing” korporasiyası tərəfindən ABŞ Hərbi Hava Qüvvələri üçün iki ədəd istehsal edilib. Hazırda ABŞ Kosmik Qüvvələri tərəfindən istifadə olunur. Rəsmi olaraq X-37B kosmosda kiçik elmi təcrübələr aparan sınaq platformasıdır. Qeyri-rəsmi olaraq bu texnika hərbi sistem kimi böyük potensiala malikdir.

İki X-37B elmi kosmik missiyaları yerinə yetirmək adı altında daim müxtəlif sınaqlardan keçir. Orbitə raketlə çıxarılırlar.

İndi Pentaqon X-37B-ləri kosmosda daha uzun müddət qalmağa imkan verəcək şəkildə yeniləyir. Bu, onu Yerə yaxın kosmosda aktiv patrul xidməti, o cümlədən digər kosmik gəmilərin təftişi üçün əlverişli vasitəyə çevirəcək.

Hazırda X-37B kosmos üçün mümkün kəşfiyyat təyyarəsi kimi düşünülür. ABŞ burada Rusiya və Çin kimi müttəfiqlərinin peyklərinin fəaliyyətlərini izləyə, hətta onlara müdaxilə edə biləcək kosmik kəşfiyyat aparatları yerləşdirməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər