20:46
230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova Kommunist Partiyasının lideri Vladimir Voronin ölkənin Mərkəzi Seçki Komissiyasından kütləvi pozuntulara görə Avropaya inteqrasiya üzrə referendumun nəticələrini ləğv etməyi tələb edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Məlumata görə, Voroninin sözlərinə görə, Moldova diplomatları tərəfindən Qərb ölkələrində seçki məntəqələrinə kütləvi şəkildə bülletenlər doldurulub.

"Biz bu referendumun nəticələrinin ləğvini tələb etmək üçün Mərkəzi Seçki Komissiyası ilə əlaqə saxlayacağıq. Hakimiyyət seçki qutularına mümkün qədər çox seçici cəlb etmək üçün referenduma keçirtdi. Bu qarışıqlıqda daha çox səs Maya Sanduya getdi "


Müəllif: Arzu

Oxşar xəbərlər