17:01
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun Qarabağda apardığı hərbi əməliyyatların qanuni əsasları var.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan müxalif deputatların əsassız iddialarını şərh edərkən deyib.

“Azərbaycan öz ərazisində öz fəaliyyətini beynəlxalq səviyyədə tanınmış prinsiplər əsasında həyata keçirib”, - spiker vurğulayıb.

Simonyanın sözlərinə görə, bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış qanuni ərazisində baş verdiyindən Ermənistana qarşı təcavüz sayılmır.

Ermənistan parlamentinin rəhbəri oktyabrın 19-da da Qarabağda hərbi əməliyyatların BMT qətnamələri əsasında həyata keçirildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər