Finlandiya Almaniyanı Rusiya ilə bağlı “illüziyalarından” əl çəkməyə çağırıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Elina Valtonen Şimali Avropanın xarici işlər nazirlərinin Almaniya nümayəndələri ilə görüşündən sonra deyib.
Onun sözlərinə görə, Avropada hamı sülh istəyir, amma sülh təslim olmaq demək deyil.
“Əgər kimsə silahlarımızı yerə qoysaq, Putinin geri çəkiləcəyini düşünürsə , yanılır. Biz birlikdə özümüzü müdafiə etməliyik. Və biz, əlbəttə ki, Almaniyanın burada çox mühüm rol oynayacağına ümid edirik”, - Valtonen deyib.