15:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

COP29 konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.

Teleqraf.com xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinqə COP29 avtomobil və avtobuslarla yanaşı həmçinin təcili tibbi yardım maşınları, eləcə də yanğınsöndürmə maşınları cəlb ediləcək. Qeyd edək ki, monitorinqlərin aparılması məqsədilə şəhərin bəzi küçələrində nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək, daha ətraflı məlumat yaxında açıqlanacaq.

Bundan əlavə, 26 və 27 oktyabr tarixlərində əhaliyə narahatçılıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın küçə və prospektlərində COP29 məxsus avtobusların da monitorinqi baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər