11:23
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Rusiya tərəfində döyüşmək üçün Ukraynaya qoşun göndərsə, bu, münaqişəni əhəmiyyətli dərəcədə gərginləşdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu NATO baş katibi Mark Rutte deyib.

ABŞ kəşfiyyatının məlumatına görə, 11 minə yaxın koreyalı piyada Ukraynaya göndərilmək üçün Rusiyanın şərqində təlim keçir. Koreyalıların noyabrda döyüşə girəcəkləri bildirilir.

Anlaşmanın Rusiya Prezidenti Vladimir Putinin iyunda Şimali Koreyaya səfərində əldə edildiyi deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu