13:15
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsraili Yaxın Şərqdə gərginliyin artmasına rəvac verməyəcək şəkildə İrana qarşı cavab tədbirləri görməyə çağırır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanı səfərindən öncə bildirib.

Amerikanın baş diplomatının fikrincə, cavab tədbirlərinin bu cür görülməsi həyati əhəmiyyət kəsb edir.

Həmçinin Blinken İsrailin təhlükəsizliyinin ABŞ üçün önəmli olduğunu vurğulayıb.

HƏMAS lideri Yəhya Sinvarın İsrail tərəfindən məhv edilməsindən danışan dövlət katibi qeyd edib ki, indi bu uğurları uzunmüddətli və strateji uğura çevirməyin vaxtıdır. Blinkenin sözlərinə görə, İsrailin görməli olduğu iki iş var: girovları evlərinə qaytarmaq və bundan sonra nə olacağını anlayaraq müharibəni bitirmək.

İsrail İranın oktyabrın 1-də həyata keçirdiyi hava hücumlarına cavab verəcəyini açıqlayıb. Müdafiə naziri Yoav Qalant bunun tezliklə olacağını bəyan edib. Qalant Tehranı dəqiq və ölümcül zərbələrlə hədələyib.


Müəllif: Mənsur Rəğbətoğlu