16:44
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanla Avropa Birliyi (AB) arasında münasibətlər tarixin ən aşağı səviyyəsindədir, ölkənin Avropaya inteqrasiyası prosesi dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bunu AB-nin Tiflisdəki səfiri Pavel Qerçinski deyib.

“Gürcüstanla AB arasında münasibətlər, təəssüf ki, tarixi minimum səviyyədədir, Gürcüstanın Avropaya inteqrasiya prosesi dayandırılıb. AB liderləri açıq şəkildə bildirdilər ki, bu, Gürcüstan hakimiyyətinin şikayətlərinin nəticəsidir.

Digər ölkələrin AB-yə inteqrasiya baxımından irəlilədiyini, Gürcüstanın yaxınlaşmaq əvəzinə AB-dən çıxmasını görmək mənim üçün çox üzücüdür.

Moldovada baş verənlərə baxın. İnsanlar referendumda AB üzvlüyünə səs verdilər, hər bir səs vacibdir. İştirak çox aşağı idi, ona görə də çıxıb səs verin, özünüzün və uşaqlarınızın gələcəyi üçün səs verin”, - avropalı diplomat bildirib.

Qerçinski Gürcüstan vətəndaşlarını oktyabrın 26-da keçiriləcək seçkilərə getməyə çağırıb və hər şeyin vətəndaşların öz əlində olduğunu vurğulayıb:

“Avropa Birliyi ötən ilin dekabrında yüksək səslə bəyan etdi ki, biz Gürcüstanın qapını açmasına qərar veririk, sizi gözləyirik, o qapıdan siz keçməlisiniz, bunu sizin yerinizə heç kim etməyəcək. Bu, sizin seçiminizdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər