10:30
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi terrorçu qruplar gecə saatlarında çayın əks sahilində ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağına raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, ABŞ bazasının yerləşdiyi ərazidə partlayış səsləri eşidilərkən, hər hansı itkinin olub-olmadığı məlum deyil.

Buna cavab olaraq ABŞ hərbçiləri İranın dəstəklədiyi qrupların mövcud olduğu Havicət Saqır, Cəfra, Mrəyiyyə və Murad kəndlərini artilleriya atəşinə tutub.

Sözügedən kəndlərin döyüş təyyarələri ilə də vurulduğu bildirilir.

Fərat çayının şərqindəki Deyr əz-Zor vilayətinin əraziləri ABŞ-ın dəstəklədiyi PKK-YPG terror təşkilatının, şəhər mərkəzi və digər kəndlər isə Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarətindədir.


Müəllif: Mənsur Rəğbətoğlu