12:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB televiziyasında yayımlanan "Səni axtarıram" verilişində aparıcı Xoşqədəm Hidayətqızı ilə həyat yoldaşı, müğənni Doğuş arasında anlaşılmazlıq yaşanıb.

Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızının Doğuşa "Vaxtımız azdır, qısa danış" deməsi ikili arasında gərginliyə səbəb olub.

Doğuş isə "Vaxtın yoxdursa, niyə verilişə dəvət edirsən? Mən sənin ekspertin deyiləm",- deyərək studiyanı tərk edib.

Xoşqədəm Hidayətqızı isə həyat yoldaşına "Mənim iki saat vaxtım var. Tamaşaçıya, vaxta hörmət etmək hamının borcudur. Ona görə də Doğuş bəy inciməsin", - deyib.

Daha sonra Doğuş təkrar studiyaya qayıdıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər