08:42
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texas ştatının baş prokuroru Ken Pakston ABŞ prezidenti Co Baydeni məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata görə, baş prokurorun Baydeni məhkəməyə verməsinə səbəb onun ştatda qeydiyyatdan keçmiş 450 min seçicinin vətəndaşlığının yoxlanılması çağırışına cavab verməməsidir.

ABŞ -da federal seçkilərdə “qeyri-vətəndaşların” iştirakı qeyri-qanunidir və rəsmi auditlər belə halların az olduğunu müəyyən edib. Eyni zamanda, Respublikaçı namizəd Donald Tramp iddia edir ki, qarşıdan gələn seçkilərdə Amerika vətəndaşlığı olmayan daha çox insan Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verə bilər .


Müəllif: Arzu

Oxşar xəbərlər