17:43
363
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Avropa Birliyi (AB) ilə Moldova və Gürcüstan uğrunda mübarizədə mövqeləri ələ keçirir. Bu, Avropanı ayağa qaldırmalıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə iki ölkədəki seçkiləri təhlil edən “Politico” yazır.

ABŞ nəşrinin fikrincə, AB uzun illər əmin idi ki, onun liberal demokratik gündəliyi sonda Gürcüstan və Moldovanı Kremlin orbitindən Qərbə çəkəcək:

“(Moldovadakı) Bu həftəki seçkilər göstərir ki, AB-nin optimist baxışı getdikcə qeyri-müəyyən hal alır”.

Moldova AB-yə üzvlüklə bağlı keçirilən seçkilərdə cəmi 50.4 faiz “lehinə” səs verib. Yəni Avropa tərəfdarları minimum səslə qalib gəlib. Nəşr Kremlin xeyli sayda Moldova seçicisini ələ aldığını bildirir, həmçinin qeyd edir ki, rusiyayönlü düşərgənin qalib gəlməməsi sadəcə möcüzədir.

Qəzet yazır ki, səsvermə ölkənin birliyini nümayiş etdirmək əvəzinə, yeni təhlükəli bölücü xətt yaradıb və Kremlə müdaxilə üçün zəmin yaradıb.

“Bunun əvəzində Qafqaz ölkəsində şənbə günü keçiriləcək seçkidə qalib gələcəyi gözlənilən populist “Gürcü Arzusu” Partiyası AB üzvlüyünü qeyri-mümkün edəcək qeyri-liberal proqrama sadiq qalmaq niyyətindədir”, - “Politico” vurğulayır.

Amerikalı analitik İvana Stradnerə görə, Rusiyanın müharibəsi təkcə Ukrayna ilə məhdudlaşmır, təsir edə biləcəyini hiss etdiyi hər yerdə Qərblə mübarizə aparır: “Riskdən çəkinən Avropa və Amerika rəsmiləri fərdi taktikalar əsasında düşünsələr də, Putinin qalib gəlmək üçün istifadə etdiyi ümumi strategiyası var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər