18:36
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin SSRİ-nin dağılması ilə 1989-cu ildə yayımlanan xaricə getmək arzusunda olan seks işçisinin hekayəsindən bəhs edən "İnterqız" filmi arasında paralellər aparıb.

Teleqraf.com xəbər verir ki, spiker SSRİ-nin bu kimi təbliğatların qurbanı olduğunu deyib.

“Sovet İttifaqının dağılmasının nədən başladığına baxın. Hələ Sov.İKP MK dövründə, 1989-cu ildə “İnterqız” buraxıldı. Hamı alqışlayırdı. Kinoteatrlarda növbələr yaranırdı. Mərkəzi Komitənin katibləri gedib baxırdılar. Nəticə: ölkə əldən getdi”, - Volodin vurğulayıb.

“Ənənəvi Ailə Dəyərlərinin Müdafiəsi” Təşkilatının sədri Yelina Jqutova da SSRİ-nin dağılmasının qəribə dəblərin yayılması ilə başladığı barədə fikir səsləndirib:

“Üzr istəyirəm, LGBT-yə gedən yol budur. Böyük ölkənin (SSRİ) süqutunun başlanğıcı narkomanların və o hadisələrin vasitəsilə baş verdi. Niyə oğlan dar şeylər geyinməlidir? Bu, qadınlar üçün daha cəlbedici görünür”.

Jqutova sovet təbliğatının məşhur şüarını müdafiə edib: “Əgər caza rəqs edirsənsə, sabah vətənini də satarsan”.

Təşkilat sədri əlavə edib: “Yeri gəlmişkən, mənə elə gəlir ki, bu musiqi avaralar üçündür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər