01:49
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin KXDR-dən Rusiya tərəfində münaqişədə iştirak edəcək 6 min əsgərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatlara malik olduğunu bildirib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, Zelenski bu barədə axşam müraciəti danışıb.

"Şimali Koreyadan iki hərbi hissənin hər biri altı min nəfərdən ibarət iki briqadanın hazırlanması barədə məlumatımız var", - Zelenski deyib.

Qeyd edək ki, oktyabrın 8-də Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun bildirib ki, Şimali Koreya Rusiyanı dəstəkləmək üçün Ukraynaya nizami silahlı qüvvələrini göndərə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər