13:42
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İranla birbaşa hərbi toqquşmaya can atmır, amma Tehranla qarşıdurmada İsraildən istifadə etməyə davam edəcək.

Teleqraf.com xəbər verir ki, bunu TASS-a iranlı analitik Mahmud Şuri deyib.

“Düşünmürəm ki, ABŞ İranla birbaşa hərbi qarşıdurmaya girmək niyyətindədir. Amerikalılar İsrailə hərbi dəstək verərək, onun arxasında gizlənəcəklər. ABŞ-ın regional münaqişədə iştirakı məsələsi İranın İsrailin mümkün hücumuna necə reaksiya verəcəyindən asılı olacaq”, - ekspert bildirib.

Onun sözlərinə görə, İsrailin İranın hərbi mərkəzlərinə hücumlarından sonra nələrin baş verəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir:

“Bölgə genişmiqyaslı müharibənin astanasında ola bilər. İran rəsmiləri Tehranın bu cür hücumlara adekvat cavab verəcəyini dəfələrlə vurğulayıblar”.

Mahmud Şuri noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdən sonrakı duruma da diqqət çəkib:

“İran üçün kimin Amerika prezidenti olması o qədər də önəmli deyil - Donald Tramp və ya Kamala Harris. ABŞ prezidenti kim olur-olsun, həmişə İsraili hərbi cəhətdən dəstəkləyəcək və onu İrandan qorumağa çalışacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu