Azərbaycanda dolların məzənnəsinin azalması davam edir.
Teleqraf.com-un məlumatına görə, martın 2-nə 1 ABŞ dollarının məzənnəsi 1,0496 AZN, 1 avronun məzənnəsi isə 1,1733 AZN təşkil edir.
Fevralın 27-də isə 1 dollar 1,0498 manat olub. Dollar manata nəzərən 0,0002 manat və ya 0,02% ucuzlaşıb. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.
Manata nəzərən Avrozonanın vahid valyutası 0,0038 manat və ya 0,32% ucuzlaşaraq 1,1733 manat olub. Qeyd edək ki, fevralın 27-də isə 1 avro 1,1771 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.