8 Mart 2015 15:42
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il aprelin əvvəlində Azərbaycanda "Azerbaijan Music Channel" (AMC) adlı ilk musiqi telekanalı yayıma başlayacaq.

Bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, telekanalın yayımı "Azerspace-1" peykinin köməyi ilə açıq rejimdə həyata keçiriləcək. Hazırda yeni telekanalın anonsunu edən infokart test rejimində əlçatandır.

Yeni telekanal Azərbaycan, Rusiya, Türkiyə və Qərb ifaçılarının videokliplərini yayımlayacaq.

Televiziya kontentinə baxmaq üçün peyk antenlərini aşağıdakı şəkildə tənzimləmək lazımdır: tezlik - 11135 MHz, sürət - 27500, polyarizasiya - Horizontal, FEC - 5/6


Müəllif: