Martın 12-də saat 1100-da AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Muğam aləmi” IV Beynəlxalq Muğam Festivalının simpoziumu keçiriləcək.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, simpozium Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı və dəstəyi ilə həyata keçiriləcək.
Muğam aləmində nəzəri və praktiki əhəmiyyətə malik bu simpoziumda dünyanın 40-a yaxın ölkənin alimləri, musiqiçiləri məruzə ilə çıxış edəcəklər.
NİGAR