12 Mart 2015 11:38
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 11-də Rusiyanın Tatarıstan respublikasının inzibati mərkəzi olan Kazan şəhərində 4 nəfərin ölümü, 14 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının baş verdiyi “Admiral” ticarət mərkəzinin milliyətcə azərbycanlı iş adamı Hüseyn Xanhüseyn oğlu Qəhrəmanova məxsus olması aşkarlanıb.

“Zarya” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi kimi ticarət mərkəzini icarəyə götürən azərbaycanlı son günlər 3 mərtəbəli mərkəzin yandırılacağı ilə bağlı hədə dolu mesajlar aldığını deyib: “Hədələyirdilər, amma bilmirəm kim idi. Mühafizəçilərlə yanaşı, öz qohumlarım və dostlarımla gecələr “Admiral”da keşik çəkməyə məcbur idik”.

Məlumata görə, ticarət mərkəzində çalışanların əksəriyyəti də milliyyətcə azərbaycanlı olub. Azərbaycanlılardan biri rusiyalı jurnalistlərə ticarət mərkəzinin açıldığı gündən burada çalışdığını deyib. O, yanğın nəticəsindfə 80 min rubl dəyərində vəsait itirdiyini bildirib.

27 yaşlı daha bir azərbaycanlı da ticarət mərkəzi açıldığı gündən burada çalışdığını deyib. Soydaşımıza yanğın nəticəsində 7 milyon rubl ziyan dəyib.

3 mərtəbəli “Admiral” ticarət mərkəzində martın 11-i günorta saatlarında başlayan yanğın 4 nəfərin ölümü, 5-nin ağır olmaqla 14 nəfərin yaralanmasına səbəb olub. Hələlik yanğının baş vermə səbəbi kimi elektrik xətlərindəki nasazlıq irəli sürülür. Faciə ilə bağlı Tatarıstanın rəhbəri Rüstəm Minnixanov hadisə yerində təcili iclas çağırıb.


Müəllif:

Oxşar xəbərlər