1 Aprel 2015 13:24
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hava şəraiti mülayimləşəcək, bəzi yerlərdə temperatur 14 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildiriblər ki, aprelin 2-də hava gün ərzində dəyişkən buludlu keçəcək, arabir tutulacaq. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi ehtimalı var. Cənub küləyi əsəcək.

Havanın hərarəti gecə 3-5, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.


Müəllif: